Modern.az

Belarus səfirliyi Azərbaycana başsağlığı verdi

Belarus səfirliyi Azərbaycana başsağlığı verdi

27 Yanvar 2023, 16:14

Belarusun Bakıdakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

 

Modern.az-ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

 

Səfirlik Tehrandakı hücumla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə və vəfat edən əməkdaşın yaxınlarına başsağlığı verib, səfirliyin xəsarət almış əməkdaşlarının tezliklə sağalmasını arzulayıb.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi