Müqəddəs "Qurani-Kərim"in yandırılması ilə bağlı aksiyalar fonunda İsveç NATO-ya üzvlük prosesini dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström "Expressen" qəzetinə müsahibəsində bildirib.
O, NATO ölkələrinin xarici işlər nazirlərinin iyulda Vilnüsdə keçiriləcək sammitində Türkiyənin İsveçin alyansa qoşulmasına razılıq verəcəyinə ümid etdiyini vurğulayıb.
“Son bir neçə həftə ərzində baş verənlər NATO-ya qoşulma prosesini müvəqqəti dayandırdı. Əlbəttə, biz Vilnüsdə keçiriləcək sammiti səbirsizliklə gözləyirik”, - XİN başçısı deyib.
Qeyd edək ki, NATO-nun növbəti sammiti 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.
Akif İsmayılov