Modern.az

Pakistan qırıcıları Səudiyyə Ərəbistanında

Pakistan qırıcıları Səudiyyə Ərəbistanında

Dünya

11 Aprel 2026, 20:43

Pakistan Hərbi Hava Qüvvələrinə aid qırıcılar Səudiyyə Ərəbistanına yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi heyət iki ölkə arasında strateji müdafiə müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanının şərqindəki Kral Əbdüləziz Hava Bazasına gəlib. Heyətin tərkibinə Pakistan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, eləcə də texniki və əməliyyat heyəti daxildir. İki ölkə arasında hərbi koordinasiyanı gücləndirmək və əməliyyat hazırlığını artırmaq məqsədi daşıyan bu addım regional və beynəlxalq səviyyələrdə təhlükəsizliyə töhfə vermək məqsədi daşıyır”, - məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!