Modern.az

Ceyhun Bayramov Çavuşoğlunu TƏBRİK ETDİ 

Ceyhun Bayramov Çavuşoğlunu TƏBRİK ETDİ 

Aktual

5 Fevral 2023, 19:20

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı özünün "Twitter" hesabında bildirib.

 

"Bu gün qardaş Türkiyə Respublikasının xarici işlər naziri, dostum və həmkarım Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim. Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım", - C. Bayramov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək