Modern.az

Ukrayna müharibəsində dönüş yaradan 3 SİLAH - FOTO

Ukrayna müharibəsində dönüş yaradan 3 SİLAH - FOTO

27 Fevral 2023, 12:04

Rusiyanın Ukraynada apardığı müharibənin ikinci ilində minlərlə insanın ölümünə və ağır yaralanmasına, şəhərlərin xarabalığa çevrilməsinə baxmayaraq, hər iki ölkənin liderləri müharibəni dayandırmaq üçün geri addım atmaq niyyətində olmadıqlarını bəyan ediblər. Bu isə ondan xəbər verir ki, üfüqdə sülh ümidləri görünmür.

 

Qərb mənbələrinin məlumatına görə, müharibədə Rusiya 150 minə yaxın hərbçi itirib (ölüb və ya yaralanıb). Bu, 4 il davam edən iki çeçen müharibəsindən 943% çox itki deməkdir. Rusiyanın Ukrayna tərəfindən açıqlanan itkiləri Sovet ordusunun Əfqanıstandakı 9 illik müharibədə itirdiyindən 870% çoxdur. Rusiya mənbələri iddia edir ki, müharibə başladıqdan bəri Ukrayna ordusu həftədə 250-300 əsgərini itirir.

 

Müharibənin ilk günlərində üstün olan Rusiyanın daha sonra irəliləyə bilməməsinin bir çox səbəbi var. Bunlardan biri də Ukraynaya verilən hərbi texnikalardır. Bu silahlar vasitəsilə Ukrayna Rusiyanın işğalçılıq siyasətinə ən böyük zərbə vurub.

 

Modern.az Rusiya-Ukrayna savaşında dönüş nöqtəsi yaradan üç silahı təqdim edir.

 

"Javelin" tank əleyhinə idarəolunan raket kompleksi

 

Müharibənin əvvəlində bəzi hərbi ekspertlər bir neçə gün ərzində Rusiyanın zirehli texnika karvanlarının Ukraynanın paytaxtı Kiyevə daxil olacağını gözləyirdilər. Rusiya zirehli texnikalarının qarşısını alan ən vacib silah Qərb ölkələrinin tədarük etdiyi "Javelin" raketləri oldu.

 

Raketi "Raytheon" şirkəti ilə birgə hazırlamış "Lockheed Martin" şirkətinin nümayəndəsi belə izah edir: “Atəş etmək üçün atıcı kursoru seçilmiş hədəfin üzərinə qoyur. Daha sonra operator raketə buraxılışdan əvvəl kilid siqnalı göndərir".

 

1220497

"Javelin" "atdım-unutdum" prinsipi ilə işləyən silahdır. Raket buraxılıqdan sonra hədəfin üst hissəsindən onu məhv edir. Zirehli maşınların üst hissəsinin qoruması zəif olduğu üçün zərbədən sonra texnikalar məhv olur. silah müharibənin ilk günləri üçün xüsusilə vacib hesab edilirdi. Kiyevə girmək istəyən rus texnikaları "Javelin"lərlə "yandırıldı". "Javelin"lərin təsiri böyük idi, müharibədən iki ay sonra ABŞ prezidenti Co Bayden Ukraynanın müdafiəsində göstərdikləri köməyə görə işçi qüvvəsinə təşəkkür etmək üçün silahların istehsal edildiyi Alabama zavoduna baş çəkdi.

 

HİMARS yaylım atəşli reaktiv sistem

 

ABŞ Ordusuna məxsus olan hərbi texnikanın tam adı M142 Yüksək Mobilliyə malik Raket-Artilleriya Sistemidir. ABŞ Ordusu bildirir ki, HİMARS tam spektrli, döyüşdə sübut edilmiş, hər cür hava şəraitində, 24/7 işləyə, dəqiq zərbə endirə bilən raket sistemidir. Eyni vaxtda altı raket ata bilən, fuqaslı döyüş başlıqları ilə hədəflərini dəqiqliklə məhv edən və sürətlə mövqeyini dəyişə bilən silah sistemi 5 tonluq yük maşının üzərində quraşdırılıb. Raket sistemi 70-80 kilometr məsafədəki hədəfləri dəqiqliklə məhv edir.

 

1220496

 

"Bayraktar TB-2" zərbə tipli pilotsuz uçuş aparatları

 

Türkiyə istehsalı olan bu hərbi texnika dünyanın ən tanınmış pilotsuz uçuş aparatlarından (PUA) biridir.
Digər PUA-lara nəsbətən ucuzdur, ölümcül zərbə vurur və bunu videoya çəkir. Videolar təbliğat müharibəsində istifadə edilir. PUA-lardan istifadə edilməsi missiyaları yerinə yetirməli olan ukraynalı pilotların həyatını xilas etdi.

 

Rahib Ələsgərov

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi