Modern.az

Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılardan nə xəbər var…

Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılardan nə xəbər var…

27 Fevral 2023, 12:32

Türkiyədə zəlzələ bölgəsində yaşayan və indiyədək xəbər alına bilinməyən azərbaycanlıların sayı ilə bağlı dəqiqləşdirilmə aparılır.  

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib. 

 

“Son məlumata görə, xəbər alına bilinməyən azərbaycanlıların sayı 2 nəfər idi. Onlarla bağlı dəqiqləşdirilmə aparılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək”, - səfirlik rəsmisi deyib. 

 

Aygün Qocayeva həmçinin azərbaycanlıların zəlzələ bölgəsindən təxliyəsinin davam etdirildiyini söyləyib.

 

“Türkiyədə zəlzələ bölgəsində yaşayan və zərərçəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir. Vətəndaşlar müraciət etdikcə təxliyələr həyata keçirilir”,- deyə o vurğulayıb.

 

Qeyd edək ki, zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi ölkəyə gətirilib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi