Modern.az

ABŞ-ın Ukraynaya hərbi yardımı Əfqanıstandakı xərcləri keçib - QRAFİK

ABŞ-ın Ukraynaya hərbi yardımı Əfqanıstandakı xərcləri keçib - QRAFİK

27 Fevral 2023, 18:20

Son bir il ərzində - 2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər ABŞ Ukraynaya hərbi məqsədlər üçün 46,6 milyard dollar maliyyə yardımı göstərib.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatları təsdiqləyir.

 

Bildirilir ki, yardımın məbləği ABŞ-ın Əfqanıstan müharibəsinə sərf etdiyi vəsaitin orta illik hissəsini keçib. Belə ki, ABŞ 10 illik Əfqanıstan müharibəsində hər il 43.4 milyard dollar vəsait xərcləyib. Vaşinqtonun bir il ərzində Kiyevə verdiyi hərbi yardım isə 46.6 milyard dollar olub.

 

Hərbi məqsədlər üçün maliyyə yardımından əlavə, ABŞ Ukraynaya 5 milyard dollardan çox birbaşa silah və texnika dəstəyi verib.

 

1220720

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi