Modern.az

Onlayn diplomatiya bizə nə vəd edir? - ŞƏRH

Onlayn diplomatiya bizə nə vəd edir? - ŞƏRH

27 Fevral 2023, 21:20

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Ermənistanla danışıqlarda onlayn diplomatiyaya keçmişik, şərtləri bir-birimizə ötürürük” ifadəsindən çıxan nəticə odur ki, tərəflər internet üzərindən müzakirələr aparırlar. Bu əvvəllər yox idi. Əslində bu qədər vasitəçiyə ehtiyac yoxdur.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

O qeyd edib ki, hər ölkə və təşkilat “bölgədə mən də varam” demək üçün tərəflər arasında görüşlər təşkil edir, fotolarla poz verirlər, ortada isə nəticə yoxdur. Müzakirələri internet üzərindən görüntülü şəkildə aparılmasının zərəri yoxdur.

 

"Ermənistan rəsmiləri və Qarabağdakı separatçılar yer qalmayıb Azərbaycandan şikayət etməsinlər. Birinciləri birbaşa dialoqa cəlb etmək lazımdır, ikincilərin isə texniki persionalı ilə yerlərdə müxtəlif məsələri həll etmək mümkündür. İkinci Qarabağ müharibəsindən sonra ən azı 3 dəfə Qarabağ erməniləriylə birbaşa təmas olub. Birinci görüş Sərsəng su anbarıyla bağlı olub, ikinci görüşdə onlardan Laçın azad olunanda təxribata yol verməmələri tələb edilib, üçüncü görüş isə bugünlərdə yataqlarda monitorinqlə bağlı həyata keçirilib. Qarabağın tammamında suverenliyimizin bərpası üçün bütün imkanlardan istifadə etməliyik", - deyə politoloq vurğulayıb.

 

Qeyd edək ki, XİN başçısı Ceyhun Bayramov Azərbaycanın Ermənistanla danışıqlarda onlayn diplomatiyaya keçdiyini söyləyib.

 

"Ermənistana danışıqlar təklif olunan zaman onlar konstruktiv danışıqlardan əsassız şəkildə yayınır. Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə ciddi zərbə vurur. Biz demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Bunun nə qədər effektiv olacağını zaman göstərəcək", - deyə nazir ötən gün jurnalistlərə açıqlamasında bildirib.

Bu xəbər ilə bağlı
Ermənistanla onlayn diplomatiyaya keçmişik - NAZİR
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi