Modern.az

Bu gün vəzifəyə təyin olunan xanım professor... - DOSYE

Bu gün vəzifəyə təyin olunan xanım professor... - DOSYE

Aktual

1 Mart 2023, 17:48

Prezident İlham Əliyevin sərəncamı ilə Səbinə Xalid qızı Hacıyeva Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

 

Modern.az yeni xidmət rəisinin dosyesini təqdim edir:

 

Hacıyeva Səbinə Xalid qızı 1971-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Mühəndis İnşaat institutunu "memar" ixtisası üzrə bitirib.

 

1994–2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Landşaft Memarlığı" kafedrasında müəllim, 2000–2015-ci illərdə "Abidələrin bərpası və mühafizəsi" laboratoriyasında müdir, hazırda isə "Memarlıq konstruksiyaları və abidələrin bərpası" kafedrasının müdiri işləyir. 1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib.

 

2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur. 1 aprel 2016-ci il tarixində BMA-ın Azərbaycan Akademik Mərkəzinin ilk iclasında Bakı Akademik Mərkəzinin elmi katibi seçilib. 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır.

 

Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib, 17 dekabr 2021-ci ildə isə Əməkdar memar fəxri adına layiq görülüb.

Bu xəbər ilə bağlı
Prezidentdən yeni TƏYİNAT - Bu xanıma yüksək vəzifə verildi
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi