Modern.az

Şagirdin bıçaqladığı müəllim öldü

Şagirdin bıçaqladığı müəllim öldü

Dünya

7 Aprel 2026, 10:50

Rusiyanın Perm vilayətinin Dobryanka şəhərindəki məktəbdə insident baş verib.

Modern.az TASS-a istinadən xəbər verir ki, 9-cu sinif şagirdi müəllimə bıçaqla xəsarət yetirib.

Hüquq-mühafisə orqanları yeniyetməni saxlayıb. Bu barədə Perm vilayətinin qubernatoru Dmitri Maxonin məlumat verib.

Daha sonra müəllimin xəstəxanada öldüyü bildirilib.

Vilayət qubernatorunun sözlərinə görə, həkimlərin səylərinə baxmayaraq, rus dili və ədəbiyyatı müəllimi Olesya Baqutu xilas etmək mümkün olmayıb. 

Məlumata görə, 17 yaşlı yeniyetmənin bıçaqladığı müəllim onun sinif rəhbəri olub.

Hadisənin səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!