Modern.az

Ağdamda narkotacirlərə qarşı ƏMƏLİYYAT

Ağdamda narkotacirlərə qarşı ƏMƏLİYYAT

Aktual

11 Mart 2023, 11:26

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin aşkar edilərək götürülüb. Dindirilərkən o, narkotiki digər bir rayon sakinin Vüqar İskəndərovdan aldığın bildirib. Davam etdirilən tədbirlərlə əvvəllər məhkum olunmuş V.İskəndərov da saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı heroin və metamfetamin aşkar edilərək götürülüb.

 

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!