Modern.az

Demokratiya adı altında İslama qarşı mübarizə 

Demokratiya adı altında İslama qarşı mübarizə 

Aktual

15 Mart 2023, 09:40

Demokratiya adı altında dəyişikliklərlə İslama qarşı ciddi mübarizə aparılır.

 

Modern.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda bildirib.

 

O qeyd edib ki, bu gün dünyada müsəlman əhalinin sıxışdırılması prosesi baş verir: "Avropada islamofobiyaya qarşı təhsillə cavab verilməlidir. Hər bir fərd hamıya hörmətlə yanaşmalıdır. Azərbaycan  tolerant ölkədir, bu da dövlət siyasətimizə çevrilib".

 

Rəvan Həsənov vurğulayıb ki, beynəlxalq ictimaiyyət müsəlman və qeyri-müsəlman ölkələrindən olan qaçqınlara münasibətdə kəskin fərqlərin olduğunu müşahidə edir, qarışıq dini əhaliyə malik münaqişə və post-münaqişə zonalarında bu cür tendensiyaların olması barədə məlumatlar gəlir:


“Ən dərin narahatlıq isə son vaxtlar kəskin sıçrayışla ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımı ilə bağlıdır. Bu cür stereotiplər xüsusilə bəzi Avropa ölkələrində müsəlmanların yadelli kimi təqdim olunmasından yaranıb və Avropa mədəniyyət və dəyərlərinə zidd olaraq bu, damğalamanın (stiqmatizasiya) kəskinləşməsinə və izolyasiya siyasətinə gətirib çıxarır. Son illər beynəlxalq təşkilatların çağırışlarına və islamofobiya ilə mübarizəyə dair bir sıra qətnamələrin qəbuluna baxmayaraq anti-islam məzmunlu qanunların irəli sürülməsi və ya qəbuluna, həmçinin milli maraq və dəyərlərə əsaslanan demokratik dəyərləri qorumaq və gücləndirmək adı altında etiqad azadlığının açıq şəkildə pozulmasına dair ziddiyyətli proseslər baş verir və bu qanunlar islamofobiya və digər növ irqçilik və ayrı-seçkiliyin artması üçün baza formalaşdırır. Bununla yanaşı, nifrət nitqi mediada daha geniş yayılmağa və təhlükəli şəkil almağa başlayıb, islam dininin terrorizmlə eyniləşdirilməsi və ya cəmiyyətə müqayisəli şəkildə təqdim edilməsi inklüziv cəmiyyətlərin bünövrəsinin sarsılmasına gətirib çıxarır.


Nəticədə müxtəlif ölkələrin islamofobiya ilə mübarizəyə dair qəti fəaliyyət planının olmaması mütəmadi və davamlı əsasda beynəlxalq konfransın bazasının yaradılmasını və alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri, qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasını labüd edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI