Modern.az

Baş kəsmə videosu, Paşinyan nəyi etiraf etdi - Modern.az-ın icmalı

Baş kəsmə videosu, Paşinyan nəyi etiraf etdi - Modern.az-ın icmalı

Aktual

13 Aprel 2023, 11:22

Aprelin 12-də ATƏT sədrinin Azərbaycana səfəri, Ermənistan Baş naziri Nikol Paşinyanın etirafı, ukraynalı hərbçilərin başlarının kəsilməsini əks etdirən videonun yayılması gündəmin əsas mövuzları olub.

 

Modern.az ötən günün icmalını təqdim edir:

 

Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçilərimizin sayını açıqlayıb. Qeyd olunub ki, təxribat zamanı 4 hərbçi yaralanıb.

 

Hərbi Prokurorluq məlumat yayıb ki, aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 11-də Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verib. M.Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclas keçirilib, iclasda Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirə edilib. Deputat Vahid Əhmədov Palatanın hesabatını tənqid edib. O bildirib ki, bu hesabat kifayət qədər qəlizdir və mürəkkəb hazırlanıb.

 

Prezident İlham Əliyev "Yengicə su anbarının tikintisi haqqında" Sərəncam imzalayıb. Sərəncamla Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək. Prezidentin digər sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.

 

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Komissiya sədrinin müavini Rövzət Qasımov bildirib ki, dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verib. Onun sözlərinə görə, hazırda seçici siyahıları yoxlanılır və prosesə may ayının sonuna qədər yekun vurulacaq.

 

Dünən həm də İnam Kərimovun Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti kimi fəaliyyəti dayandırılıb. AAAF-dən verilən məlumata görə, bununla bağlı qərar onun Ali Məhkəmənin sədri təyin olunması ilə əlaqədar qəbul edilib.

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib. Bu barədə Musəvi özünün "Twitter" hesabında məlumat yayıb. O, görüşün səmimi və konstruktiv keçdiyini bildirib. "Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarının xeyrinə olacaq", - deyə səfir yazıb.

 

Aprelin 11-də ATƏT-in fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycana səfər edib. O, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

 

Görüş zamanı dövlət başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğulayıb və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini deyib və onların Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirib. Prezident vurğulayıb ki, ötən gün sərhəddə baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilib.

 

Ceyhun Bayramov sərhəddə baş vermiş hadisəni planlaşdırılmış təxribat adlandırıb: “Erməni komandirin və müavininin orada olması o deməkdir ki, hadisə onların əmri ilə baş verib və bu, hər hansı adi hərbçinin fəaliyyəti deyil. Bu, düşünülmüş hadisədir. Ermənistan təhrikçi addımlardan çəkinməlidir. Bunun nəticələri Ermənistan üçün ağır olacaq”. 

 

Osmani Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib ki, Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər. Osmani qeyd edib ki, Azərbaycana gələn kimi hadisə ilə bağlı dərhal ona məlumat verilib. "Həlak olanlarla bağlı başsağlığımı çatdırdım. Təəssüf ki, belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər", - makedoniyalı nazir vurğulayıb.

 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti şərh edib. "Rusiya tərəfi artıq öz təhlilini bölüşüb ki, regionda köhnə məsələnin həlli ilə heç vaxt məşğul olmayan digər struktur və aktorların, Avropa İttifaqı missiyasının interpolyasiyası nəticə verməyəcək. Bunu təxmin etmişdik. Biz bunun kəskinləşməyə, sabitliyin pozulmasına gətirib çıxaracağını və sülh yolu ilə nizamlanmaya nail olmaqdan uzaqlaşdıracağına dair gördüklərimizi demişdik. İndi biz stabilliyin aradan qalxmasının fərqli işartılarını kədər və təəssüflə izləməkdəyik", - XİN rəsmisi bildirib.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşəcəyini açıqlayıb. O, görüşün dəqiq tarixini açıqlamayıb, lakin danışıqların yaxın vaxtlarda baş tutacağını bildirib. Ermənistan XİN başçısı görüşün hansı ölkədə keçiriləcəyi barədə məlumat verməyib. Mirzoyan görüş üçün tərəfdaşlardan, vasitəçilərdən, beynəlxalq aktorlardan çoxlu sayda təkliflərin olduğunu deyib.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Madrid prinsiplərindən sonra Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

 

Dünən sosial şəbəklərdə Ukrayna ordusunun 2 hərbçisinin başının kəsilməsi videosu yayılıb. Ukrayna rəsmiləri və Qərb ölkələri hərbi cinayəti pisləyib. Putinin köməkçisi Peskov bildirib ki, sosial şəbəkələrdə hərbçinin başının kəsilməsi ilə bağlı görüntülər dəhşətlidir və yoxlanmalıdır.

 

Türkiyədən Bolqarıstana ilk dəfə qaz nəql olunub. BOTAŞ şirkəti Türkiyənin Tekirdağ vilayətinin Marmaraereğlisi rayonundan Bolqarıstana qaz nəqlini həyata keçirib. Qeyd olunub ki, bugünkü nəql prosesi 55 milyon kubmetr səviyyəsindədir. Lakin ümumilikdə illik 1.5 milyard mayeləşdirilmiş təbii qazın nəql edilməsi nəzərdə tutulub.

 

Özbəkistan prezidenti Şavkat Mirziyoyev də "Togg" markalı Türkiyə istehsalı olan elektromobili əldə edib. Mirziyoyevə maşını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib. Özbəkistan prezidenti təşəkkürünü bildirərək, maşınqayırma sahəsində böyük nailiyyət münasibətilə Türkiyə xalqını səmimi qəlbdən təbrik edib.

 

Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad son 12 ildə ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib. Səfər Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Ciddədə keçirilməsi planlaşdırılan iclası ərəfəsində baş tutur. İclasın əsas mövzusu Suriyanın Ərəb Dövlətləri Liqasına tamhüquqlu üzvlüyünün bərpası olacaq.

 

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynada amerikalı hərbçilərin fəaliyyət göstərməsi barədə iddialara münasibət bildirib. O, Kiyevdəki ABŞ səfirliyində az sayda amerikalı hərbçinin olduğunu açıqlayıb. "Fox" kanalına müsahibəsində Kirbi deyib ki, bu hərbçilər Ukraynaya gətirilən və buradan aparılan avadanlıqları izləməyə kömək edirlər. ABŞ rəsmisi hərbçilərin döyüşdə iştirak etmədiyini vurğulayıb.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Şəhid hərbçimizin övladları ilə FOTOSU

Bir neçə ay əvvəl evlənmişdi... - 29 yaşlı şəhidimiz

Nəhəng tunelin ilk işıqları - Murovdağda nələr gördüm... - TƏƏSSÜRAT

Türk generaldan erməni təxribatına görə İrana XƏBƏRDARLIQ

Füzuli şəhərində əhalinin sayı 50 min nəfərə çatacaq – Baş plan

Çinin “Orta Dəhliz” layihəsi Azərbaycana böyük perspektiv vəd edir - Deputat

İran zəlzələ yardımları ilə Suriyaya silahlar göndərir - İDDİA

Bu qurumlarla bağlı prokurorluq və DTX-yə müraciət edilib

Prezidentliyə namizədlərin ailələri, övladları - NADİR FOTOLAR

“Deyirdi ki, Vətənin dar günündə kresloda otura bilmərəm” – Şəhid Vidadinin atası

Prezidentin Qazaxıstan səfəri nəyi dəyişəcək - Deputatların şərhi

Elə bilirdim ki, maşından düşəndə vurulmuşam - Fazil Mustafa sualları cavablandırdı

Karqo şirkətləri ilə bağlı prokurorluğa müraciət edildi

Sərhəddə yeni təxribatlar gözlənilir - Polkovnikdən açıqlama

“Kalaşnikov”la saxlanılan şəxs məşhur maestronun oğlu imiş

Regionlar üzrə ən çox bal toplayanlar - Şirvan-Salyan bölgəsinin ABİTURİYENTİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU