Modern.az

Şəhid hərbçimizin övladları ilə FOTOSU

Şəhid hərbçimizin övladları ilə FOTOSU

Aktual

12 Aprel 2023, 08:45

Ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Zalov Vidadi Nizami oğludur.

 

Modern.az-ın məlumatına görə, ordu sıralarında qürursuz xidmət aparan hərbi qulluqçu 17 iyul 1985-ci ildə anadan olub. O, Abşeron rayonunun Saray qəsəbəsində böyüyüb boya-başa çatıb, atası Nizami Zalov vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləyib. 

 

Sosial şəbəkələrdə yayılan məlumata görə, Vidadi Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. 2003-2007-ci illərdə Maliyyə fakültəsində təhsil alıb.

 

Şəhid hərbçimizin Nizami adlı oğlu və Humay adlı qız övladı yadigar qalıb. O, 44 günlük Vətən müharibəsində aktiv iştirak edib və jurnalist İlham Tumasla döyüş yoldaşı olub.

 

"Şəhid olan qardaşlarımızdan Vidadi Zalovla Vətən Müharibəsində bir yerdəydik. Ölümün gözünə dik baxan qardaş idi", - jurnalist sosial şəbəkə hesabında yazıb.

 

Qeyd edək ki, düşmən təxribatı nəticəsində şəhadətə yüksələn hərbçilərimiz bu gün son mənzilə yola salınacaq. 

 

Xatırladaq ki, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var