Modern.az

Akara verilən “Togg”un ilk sərnişini ukraynalı nazir oldu - FOTO

Akara verilən “Togg”un ilk sərnişini ukraynalı nazir oldu - FOTO

19 Aprel 2023, 12:00

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov dünən Türkiyəyə səfər edib.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, səfər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə baş tutub.

 

İki nazir arasında keçirilən görüş zamanı qlobal ərzaq böhranının həllinə töhfə vermək üçün yaradılan taxıl təşəbbüsü ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, "taxıl sazişi" çərçivəsində 903 gəmi ilə 28.3 milyon ton taxıl təhlükəsiz şəraitdə daşınıb, nazirlər prosesin problemsiz və fasiləsiz davam etdirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.

 

Akar Kubrakovun Kayseri hava limanından otelə Türkiyə Milli Müdafiə Nazirliyi üçün ayrılan yerli "Togg" markalı avtomobillə gətirilməsini tapşırıb. Otelin qarşısında elektromobildən düşən Kubrakov Akara təşəkkür edib və "Togg"dan məmnunluğunu ifadə edib. Akar "06 MSB 02" nömrə nişanlı avtomobilə hələ minmədiyini, maşının ilk sərnişininin ukraynalı nazir olduğunu bildirib.

 

Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, bir gün əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

 

1235697

1235698

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?