Modern.az

Naxçıvanlıları narazı salan baş həkim işdən çıxarıldı

Naxçıvanlıları narazı salan baş həkim işdən çıxarıldı

19 Aprel 2023, 15:18

“Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

 

Baş həkim vəzifələrinin müvəqqəti icrası baş həkimin müavini Nəzakət Quliyevaya həvalə olunub.

 

Qeyd edək ki, Naxçıvan Doğum Mərkəzi əhalinin ən çox narazı qaldığı, korrupsiyalaşmış və insanların incidildiyi səhiyyə müəssisəsi idi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?