Modern.az

75 yeni yoluxma - 101 nəfər sağaldı

75 yeni yoluxma - 101 nəfər sağaldı

19 Aprel 2023, 16:44

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 830 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 317 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 459 nəfərdir.

 

Son sutka ərzində 1561, hazırkı dövrədək isə 7 579 826 test aparılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?