Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Modern.az-ın məlumatına görə, Qanunda bildirilib ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2013-cü il oktyabrın 2-də Strasburq şəhərində imzalanmış 16 nömrəli Protokolu Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.