Modern.az

Şəhid atası Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu - VİDEO

Şəhid atası Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu - VİDEO

19 Aprel 2023, 21:35

Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı, qəhrəman şəhidimiz Azad Hümbətovun atası Arif Hümbətov Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.

 

Bu barədə Modern.az-a Mərkəzdən məlumat verilib.

 

İnvaziv-radioloq Ruslan Əliyev tərəfindən icra olunan əməliyyat uğurla nəticələnib. Həkim xəstənin vəziyyətinin yaxşı olduğunu və yaxın günlərdə evə buraxılacağını bildirib.

 

Arif Hümbətovun vəziyyəti ilə yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov əməliyyatdan sonra klinikada müalicəsini davam edən şəhid atasını ziyarət edib, onunla həmsöhbət olub.

 

Vətən Müharibəsi şəhidinin atası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlar, habelə, şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğıya görə Asiman Həsənov başda olmaqla Bakı Sağlamlıq Mərkəzinin kollektivinə öz minnətdarlığını bildirib.

 

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Azad Arif oğlu Hümbətov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" medalları və "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı ilə təltif edilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?