Modern.az

Halal tanışlıq proqramı - Yazışmalara qızın atası da baxacaq

Halal tanışlıq proqramı - Yazışmalara qızın atası da baxacaq

Aktual

20 Aprel 2023, 10:56

Qazaxıstanda dini qaydalara uyğun tanışlıq üçün "Hitba" adlı proqram yaradılıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, tanışlıq proqramının yaradıcısı layihənin əsas konsepsiyasının Məhəmməd peyğəmbərin hədislərinə əsaslandığını bildirib.

 

Proqramın yaradıcıları qərara gəliblər ki, bir-birini bəyənən cütlüyün onlayn ünsiyyəti yalnız ikisinin iştirakı ilə baş verməməlidir, belə ki, bu cür tanışlıqların halal olmasını təmin etmək üçün yazışmalar üçüncü şəxsin iştirakı ilə həyata keçirilməlidir.

 

Qaydalara əsasən, qızın himayədarı, yəni onun atası, qardaşı, babası və ya digər qohumları onun ünsiyyət qurmaq istədiyi oğlanla yazışmasını müşahidə etməlidir. Proqramda qeydiyyatdan keçərkən qız himayədarının məlumatlarını daxil edir və oğlanla söhbətə başlayanda üçüncü şəxs artıq avtomatik olaraq bu yazışmalara qoşulur. Üçüncü şəxs yazışmalarda iştirak edə bilməz, yalnız müşahidə etməlidir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi