Modern.az

“Azəriqaz” dəyişdirilən sayğacların sayını AÇIQLADI

“Azəriqaz” dəyişdirilən sayğacların sayını AÇIQLADI

20 Aprel 2023, 11:34

“Azəriqaz” İstehsalat Birliyi bu ilin birinci rübündə əhali sektoru üzrə 43 250 ədəd qaz sayğacını yenisi ilə əvəz edib.

 

Modern.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

 

Onun sözlərinə görə, əvəz edilən sayğacların 19 817 ədədi smart-kart tipli, 23 433 ədədi isə mexaniki (sonradan ödənişli – red.) cihazların payına düşüb.

 

Eldəniz Vəliyev onu da əlavə edib ki, 2023-cü ilin üç ayında əhali kateqoriyası üzrə yeni qeydiyyata alınmış abonentlərin sayı 18 880 nəfər təşkil edib. Hesabat dövründə qeydiyyata alınan abonentlərinin 639-u smart-kart tipli, 18 341-i isə mexaniki sayğac ilə təmin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?