Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanda vəziyyətin gərgin və təhlükəli olduğunu deyib.
Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
Katolikos Ermənistan Baş naziri Nikol Paşinyanın istefası ilə bağlı çağırışının müddətsiz olduğunu vurğulayıb.
Xatırladaq ki, II Qaregin 2020-ci ilin dekabrında Paşinyanı istefa verməyə çağırmışdı.