Modern.az

Neftçalaya 7 milyon manat ayrıldı - SƏRƏNCAM 

Neftçalaya 7 milyon manat ayrıldı - SƏRƏNCAM 

20 Aprel 2023, 16:10

Prezident İlham Əliyev “Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd– Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7 milyon manat ayrılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?