Modern.az

Azyaşlının videolarını yayan şəxs HƏBS OLUNDU

Azyaşlının videolarını yayan şəxs HƏBS OLUNDU

20 Aprel 2023, 20:08

Ağcabədi rayonunda azyaşlı uşağı nalayiq söyüşlər söyməyə təhrik edərək həmin görüntülərin sosial şəbəkə hesabında paylaşılması ilə bağlı daxil olan məlumatlar rayon polis şöbəsində araşdırılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

 

Araşdırmalarla görüntüləri sosial şəbəkə hesabında paylaşan şəxsin rayonun Hüsülü kənd sakini Samir Ələsgərov olduğu müəyyən edilib. O, şöbəyə dəvət olunub, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

S.Ələsgərov məhkəmənin qərarına əsasən, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?