Modern.az

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı 

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı 

20 Aprel 2023, 20:10

İctimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

 

Modern.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs müddəti 2 ay 8 gün artırılıb.

 

Xatırladaq ki, ötən ilin dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb. Daha sonra ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?