Modern.az

ABŞ-dan Bakı və İrəvanla bağlı vacib AÇIQLAMA

ABŞ-dan Bakı və İrəvanla bağlı vacib AÇIQLAMA

Aktual

21 Aprel 2023, 11:46

"ABŞ İrəvanla Bakı arasındakı nizamlanmada iştirakını davam etdirir".

 

Modern.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibinin birinci müavini Vedant Patel bildirib.

 

"ABŞ dövlət katibi antoni Blinken üçün Ermənistan və Azərbaycan arasında zorakılığa son qoyulması böyük əhəmiyyət kəsb etməkdə davam edir. O, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bu ölkələrin liderləri ilə bir neçə dəfə görüşmək imkanı əldə edib. Biz hələ də bu işdə fəal iştirak edirik. Bu məsələdə cənab Bono bu departamentin digər üzvləri ilə birlikdə iştirakını davam etdirir", - deyə Patel bildirib.

 

Diplomat qeyd edib ki, Lui Bononun Cənubi Qafqaza səfəri ilə bağlı başqa şərhi yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?