Ermənistanın Baş naziri Nikol Paşinyan katolikos II Qareginin açıqlamasına münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
Paşinyan deyib ki, əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, onun tanrı ilə münasibətləri pisdir.
"Səs-küylü bir açıqlama verəcəyəm: əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, kilsənin Tanrı ilə münasibətləri pisdir. Bu, xristian dininə görə belədir", - baş nazir qeyd edib.
Xatırladaq ki, II Qaregin ötən gün Ermənistan kilsəsinin hakimiyyətlə münasibətlərinin lazımi səviyyədə olmadığını deyib.