Modern.az

Bakının mərkəzi küçələri BAĞLANIR

Bakının mərkəzi küçələri BAĞLANIR

Aktual

22 Aprel 2023, 09:14

Bakıda daha bir neçə yol "Formua 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

 

Bu barədə Modern.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

 

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

 

Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.

 

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?