Modern.az

“TCG Anadolu”nu 61 mindən çox insan ziyarət edib

“TCG Anadolu”nu 61 mindən çox insan ziyarət edib

23 Aprel 2023, 07:42

Türkiyənin müasir hərbi sənayesinin ən mühüm nümunələrindən olan “TCG Anadolu” gəmisini beş gündə 61 min 231 nəfər ziyarət edib.

 

Modern.az xəbər verir ki, vətəndaşlar Türkiyənin ən böyük hərbi gəmisini görmək üçün Sarayburnu limanına axın edirlər.

 

“TCG Anadolu” gəmisi təkcə ilk gündə 8720 nəfər tərəfindən ziyarət olunub.

 

Qeyd edək ki, Türkiyənin texnoloji inkişafının ən bariz nümunələrindən olan “TCG Anadolu” gəmisinin istehsalı zamanı 70 faiz yerli materiallardan istifadə edilib. Tikintisinə 2016-cı ilin aprelində başlanılan hərbi gəmi 2019-cu ilin iyununda uğurla suya buraxılıb. Gəmi 2022-ci ildən başlayaraq sınaqlardan keçirilib. Gəminin yanacaq ehtiyatı və sərfiyyatı elə nizamlanıb ki, o, Türkiyədən Yaponiyaya və ya Avstraliyaya qədər fasiləsiz hərəkət edə bilir.

 

Uzunluğu 231, eni 32 metr olan gəmidə 1200 nəfərlik heyət xidmət edir. Gəmi 94 hərbi texnika, o cümlədən 13 tank, suda istifadə olunan 27 və quruda istifadə edilən 6 zirehli hərbi maşın daşıya bilir. Gəmi 10 helikopter və 11 PUA daşımağa qadirdir. Qəza vəziyyətləri üçün gəmidə 4 kater saxlanılır. Hərbi gəmidə 30 çarpayılıq iki xəstəxana var.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?