Modern.az

Rəsmi Bakıdan bayraq təxribatına REAKSİYA 

Rəsmi Bakıdan bayraq təxribatına REAKSİYA 

23 Aprel 2023, 22:12

İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Twitter" hesabında yazıb.

 

“Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”, - A.Hacızadə bildirib.

Bu xəbər ilə bağlı
İrəvanda bayrağımıza qarşı növbəti TƏXRİBAT - VİDEO
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?