Modern.az

Dostlarım deyir ki, sənin hoppanıb-düşən vaxtındır? - RÖYA

Dostlarım deyir ki, sənin hoppanıb-düşən vaxtındır? - RÖYA

24 Aprel 2023, 10:36

Xalq artisti Röya Ayxan yıxılıb və ayağı zədələnib.

 

Modern.az "axşam.az"a istinadən xəbər verir ki, məlumatı müğəninin özü də təsdiq edib.

 

O deyib ki, həkim ona hündürdaban ayaqqabı geyinməyi qadağan edib.

 

"Ayağım möhkəm əzilib. Həkimlər deyib ki, ayağımın üstünə basmamalıyam, altıdüz ayaqqabıda gəzməliyəm. Mən də səhnəyə çıxıram axı... Yıxılma videom evdə hər kəsdə var. Dostlarım baxıb deyir ki, sənin nəvə oynadan yaşındır, hoppanıb-düşən vaxtındır? Həyatımda yaşım çox cavandır. Neçə müddət hündürdaban geyinə bilməyəcəyəm", - müğənni qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?