Modern.az

Cənnətə getmək üçün ac qalan 67 nəfərin meyiti tapıldı - YENİLƏNİB

Cənnətə getmək üçün ac qalan 67 nəfərin meyiti tapıldı - YENİLƏNİB

24 Aprel 2023, 23:40

Keniyada dini təriqət ardıcıllarının kütləvi şəkildə ölməsi ilə bağlı aparılan istintaq çərçivəsində tapılan cəsədlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kenyan Star" qəzeti məlumat yayıb.

 

Bildirilir ki, tapılan cəsədlərin sayı 67-yə çatıb.

 

***

15:30

 

Keniyada ac qaldıqları təqdirdə cənnətə gedəcəklərinə inanan təriqətin 58 davamçısının cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli polisə istinadən məlumat yayıb.

 

Eksqumasiyalar aparıldıqca ölənlərin sayının artacağı istisna edilmir. Ölənlərdən 50 nəfərin cəsədi kütləvi məzarlıqdan, 8 nəfərin cəsədi isə açıq ərazidən tapılıb.

 

Keniya Qırmızı Xaç Cəmiyyəti ilkin olaraq 112 nəfərin itkin düşdüyünü bildirib. Dini sektanın sağ qalan 29 üzvü polis tərəfindən xilas edilib.

 

"Xoş Xəbər Beynəlxalq Kilsəsi" adlanan təriqətin davamçıları meşə daxilində 800 hektar ərazidə yaşayırlar. İlkin olaraq 31 nəfərin cəsədinin aşkar edilməsindən sonra təriqətin lideri Pol Makkenzi həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?