Modern.az

SEPAH komandirləri "qara siyahı"ya salındı

SEPAH komandirləri

Aktual

24 Aprel 2023, 19:55

Böyük Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Komandirlər İranda insan haqlarını pozmaqda ittiham edilir.

 

Məlumata görə, SEPAH-ın "Mərkəzi" əyaləti üzrə qoşun komandiri Mohsən Kərimi, "Kərbəla" bazasının komandiri Əhməd Xadim, "Nəcəf Əşrəf" korpusunun regional bazasının komandiri Məhəmməd Nəzər Əzimi və Qərbi Azərbaycan əyaləti üzrə qoşun komandanı Həbib Şahsəvarinin adı "qara siyahı"ya salınıb.

 

2022-ci ilin oktyabrından Böyük Britaniya 70-dən çox iranlını sanksiya siyahısına daxil edib. Ümumilikdə siyahıda 300-dən çox şəxsin adı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?