Modern.az

Avropa Şurası hərbçimizə işgəncə verilməsini PİSLƏDİ

Avropa Şurası hərbçimizə işgəncə verilməsini PİSLƏDİ

24 Aprel 2023, 21:32

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Ermənistanda saxlanılan Azərbaycan hərbçisinə işgəncə verilməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Strasburqda keçirilən iclas zamanı danışıb.

 

Miyatoviç məlum hadisəni “vəhşilik” adlandırıb.

 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Sosial şəbəkələrdə Hüseyn Axundovun ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?