Türkiyənin yerli istehsal reaktiv mühərrikli təlim təyyarəsi ilk uçuşunu həyata keçirib.
Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarənin uçuş görüntülərini yayımlayıb.
"İlk yerli və milli pilotlu səsdən sürətli reaktiv təyyarəmiz "Hürjet" ilk uçuşunu uğurla həyata keçirib", - Ərdoğan qeyd edib.
TUSAŞ şirkəti tərəfindən hazırlanan təyyarə sınaqlardan sonra kütləvi istehsala başlayacaq. Təyyarə əsasən qırıcı pilotlarının təlimi üçün istifadə ediləcək.
Yerli ve millî ilk insanlı süpersonik jet uçağımız HÜRJET ilk uçuşunu başarıyla gerçekleştirdi. Hamdolsun. Türkiye Yüzyılı'na armağan olsun! ?? pic.twitter.com/KkauZykunV
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 25, 2023