Modern.az

Yoluxanların yeni sayı açıqlandı - 4 nəfər öldü

Yoluxanların yeni sayı açıqlandı - 4 nəfər öldü

Aktual

25 Aprel 2023, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 831 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 689 nəfər müalicə olunaraq sağalıb, 10 230 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.

 

Son sutka ərzində 913, hazırkı dövrədək isə 7 584 235 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?