Modern.az

Türkiyəli məşhur professor Bakıya gəlir

Türkiyəli məşhur professor Bakıya gəlir

Aktual

25 Aprel 2023, 16:36

“Açık Beyin” platformasının rəhbəri, araşdırmaçı-yazar, professor Sinan Canan Bakıda konfransda çıxış edəcək.

 

“Kitabıstan”ın dəvəti ilə Bakıya gələn professor Sinan Canan iyun ayının 10-da Nizami Kino Mərkəzində uğurun düsturu haqqında danışacaq, öz araşdırmalarını, təcrübələrini izləyicilərlə bölüşəcək. Konfransdan sonra isə S.Cananın imza günü keçiriləcək.

 

Prof. Dr. Sinan Cananın uğur, uğurlu olmaq haqqında düşüncələri tamamilə fərqlidir. O, uğurlu olmağa tamamilə fərqli baxır və insan təbiətinə xüsusi önəm verir. Məlumat üçün onu da bildirək ki, Sinan Canan dünyanın bir çox ölkələrində nevrologiya, psixologiya, liderlik, uğur, yaradılış, öyrənmək və öyrətmək bacarığı, neyromarketinq kimi mövzularla bağlı çoxsaylı konfranslar keçirir və kitabların, elmi məqalələrin müəllifidir.

 

Qeyd edək ki, konfransa biletləri onlayn şəkildə əldə edə bilərsiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?