Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə "Pastinfo" nəşri məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov gətirilib.
67 yaşlı general 22 yanvar 2020-ci ildən Rusiya müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.
Qeyd edək ki, bu gün sülhməramlı kontingentin komandanı Andrey Volkovun işdən çıxarılması barədə məlumat yayılıb.