Modern.az

Minaya düşən şəxsin ayağı amputasiya olundu

Minaya düşən şəxsin ayağı amputasiya olundu

Aktual

26 Aprel 2023, 11:56

Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

 

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?