Modern.az

Azərbaycan parlaq oyun nümayiş etdirir - Arestoviç 

Azərbaycan parlaq oyun nümayiş etdirir - Arestoviç 

Aktual

26 Aprel 2023, 23:45

Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç özünün "Facebook" səhifəsində Azərbaycanın Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurumasını şərh edib.

 

Modern.az xəbər verir ki, o, bunun hələ başlanğıc olduğunu bildirib.

 

"İki il yarım əvvəl atəşkəsdən sonra azərbaycanlıların çoxu “... yetərincə almadılar” deyəndə mən bildirdim: Bu, hələ başlanğıcdır. Hər şey sizin olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb", - Arestoviç deyib.

 

O vurğulayıb ki, Azərbaycan rəhbərliyi bir daha  uzunmüddətli parlaq oyun nümayiş etdirir: "Buna ancaq qibtə etmək olar”.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?