İrəvanda “Nemezis abidəsi”nin açılmasını şiddətlə qınayırıq.
Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.
“Tarixi həqiqətləri axtaranlar arxivlərə baxmalıdırlar”, - deyə diplomat bildirib.
Qeyd edək ki, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılışı olub.