Modern.az

Füzuli ziyalıları konfrans keçiriblər - FOTOLAR

Füzuli ziyalıları konfrans keçiriblər - FOTOLAR

27 Aprel 2023, 10:07

Füzuli ziyalıları Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” adlı konfrans keçiriblər.

 

Modern.az xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı Bakı şəhərində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının,  QRTİ Füzuli RTS -nin əməkdaşları, Füzuli rayon prokuroru, şəhid ailələri, qazilər, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak etdilər.

 

Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

 

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək müasir, müstəqil, güclü Azərbaycan dövlətinin təməlində Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını, bu siyasətin Azərbaycan xalqına böyük Zəfər bəxş etdiyini diqqətə çatdırdı. Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyevin xalqımızın işıqlı sabahı naminə atdığı mühüm addımlardan söz açan Alı Alıyev bu gün regionda əsas söz sahibinə çevrilmiş, qalib Azərbaycan dövlətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf və tərəqqi etdiyini bir daha vurğuladı.

 

Daha sonra YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək YAP-ın yaradılmasının Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən olduğunu, ölkəmizin qazandığı uğurlarda bu partiyanın misilsiz rol oynadığını diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyev siyasətinin xalqımızın firavanlığının, xoşbəxt gələcəyinin qarantı olduğunu bildirən Almaz Həşimova qalib xalq olaraq tarixi Zəfər qazanmağımızın mənbəyində də məhz bu mükəmməl siyasətin dayandığını bir daha vurğuladı.

 

Daha sonra Vətən müharibəsi Qəhrəmanı, şəhid Fəqan Zalovun atası Amil Zalov, Rayon Təhsil Sektorunun müdiri, əməkdar müəllim Ramella Məmmədova, Qafqaz əməkdaşlıq və inteqrasiya klubunun sədri, tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev, BDU-nun İngilis dili (humanitar fakultələr üzrə) kafedera müdiri, dosent Bəylər Hacıyev, Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, Azərbaycan Endoskopik, Laparoskopik cərrahlar cəmiyyətinin sədri Müşviq Həsənov çıxış etdilər.

 

Daha sonra təhsil sahəsində qazandıqları uğurlara və rayonun ictimai-siyasi həyatında göstərdikləri fəalliğa görə fərqlənən bir qrup ziyalıya Fəxri Fərmanlar təqdim olundu.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?