Modern.az

Azərbaycan  Fransa ilə əlaqələrə diqqət yetirir - Ceyhun Bayramov

Azərbaycan  Fransa ilə əlaqələrə diqqət yetirir - Ceyhun Bayramov

Aktual

27 Aprel 2023, 13:48

Ötən il Azərbaycan və Fransa arasında münasibətlərin 30 illiyi qeyd olunub.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, Azərbaycan və Fransa münasibətləri uzun müddət ərzində strateji əməkdaşlıq səviyyəsində davam edib.

 

"İki ölkə arasında sosial, iqtisadi, siyasi sahədə birgə fəaliyyət olub. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz torpaqlarını azad etdikdən sonra yumşaq desək, dövlətlər arasında fikir ayrılıqları olub. Son iki ildə qarşılıqlı əlaqələr, layihələr deyil, əsas diplomatik mübadilə olub. Azərbaycan hər zaman Fransa ilə əlaqələrə diqqət yetirib, fikir mübadiləsi aparmağa hazırdı", - XİN başçısı vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?