Modern.az

Ermənistanın danışıqlara qayıtması gözlənilir - NAZİR

Ermənistanın danışıqlara qayıtması gözlənilir - NAZİR

Aktual

27 Aprel 2023, 13:52

"Fransalı həmkarıma postmünaqişə dövründə Ermənistanla gedən danışıqlar və proseslər haqqında məlumat verdim".


Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.


XİN başçısı bildirib ki, Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir.

 

"Nəqliyyat sahəsində danışıqlar istədiyimiz kimi getmir. Bu gün görüşdə Laçın yolu ətrafında gedən proseslər haqqında məlumat verdim. İki il ərzində Laçın yolu ilə silah daşınılıb. Laçın yolu humanitar və digər yardımlar üçün hər zaman açıqdır və açıq olacaq", - deyə C.Bayramov vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?