YAP Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 109 saylı tam orta məktəbin bir qrup şagirdləri 26 aprel 2023-cü il tarixində görkəmli ədib Mir Cəlal Paşayevin anadan olmasının 115-ci ildönümü münasibətilə Gəncədəki Ev Muzeyini ziyarət ediblər.
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Səkinə Baxışzadə görkəmli ədibin ədəbi və elmi yaradıcılığından, eyni zamanda pedaqoji fəaliyyətindən bəhs edib:
Bildirmişdir ki, Mir Cəlal Paşayev hər zaman vurğulayıb ki, ən böyük əsərim ailəmdir. Həqiqətən də bu, belədir. Vaxtilə Mir Cəlal müəllim zavallı bir Azərbaycan gəncinin manifestini yazıb. Bu gün isə onun övladları, nəvələri müstəqil və xoşbəxt Azərbaycanın manifestinin yazılmasında uğurla iştirak edirlər”.
Muzey bələdçiləri XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji, ədəbi fəaliyyəti və ev-muzeyi haqqında geniş məlumat veriblər.
Bildirilib ki, 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır.
Məktəblilər görkəmli ədibin ev-muzeyi ilə yaxından tanış olublar. Ədəbiyyatşünas alimin şəkilləri, şəxsi əşyaları və ailəsinə yazdığı məktubları ilə tanışlıq onların böyük marağına səbəb olub.
Sonda Səkinə Baxışzadə ziyarətin təşkilinə görə Mir Cəlal Paşayevin Ev Muzeyinin direktoru İradə İbayevaya minnətdarlığını bildirib.