Modern.az

Bu il 13 min şəxsə əlillik verilib

Bu il 13 min şəxsə əlillik verilib

Aktual

28 Aprel 2023, 11:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-ci ilin birinci rübü ərzində 13 003 şəxsə əlillik təyin edilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb.

 

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

 

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?