Bakıda və Abşeron yarımadasında “Formula 1” günlərində hava şəraiti dəyişkən buludlu və əsasən yağmursuz olacaq.
Bunu Modern.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq: “Mülayim cənub küləyi əsəcək. Aprelin 30-da mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun günorta saatlarında 23-28 dərəcə olacağı gözlənilir”.