Modern.az

Ağırlıqqaldırma üzrə ölkə çempionatının ilk qalibləri

Ağırlıqqaldırma üzrə ölkə çempionatının ilk qalibləri

Aktual

28 Aprel 2023, 16:30

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.

 

Modern.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

 

İlk olaraq qadınlar 3 çəki dərəcəsində qalibləri müəyyənləşdiriblər. Samirə Rzayeva toplam 86 kq (38+48) nəticə ilə 45 kq çəki dərəcəsində, Ravilya Abbasova toplam 78 kq (32+45) nəticə ilə 49 kq çəki dərəcəsində, Selcan Qarayeva isə toplam 138 kq (60+78) nəticə ilə 55 kq çəki dərəcəsində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Qeyd edək ki, ölkə çempionatına aprelin 29-da yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?