Modern.az

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Aktual

29 Aprel 2023, 14:15

Aprelin 30-u axşamdan mayın 2-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Aprelin 30-dan mayın 1-nə keçən gecə və səhər, mayın 2-də arabir yağış yağacağı proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Azərbaycanın rayonlarında aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Qərb küləyi arabir 15-20 metr/saniyə, mayın 1-də bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?