Modern.az

Daha 38 yoluxma - Yenə ölənlər var

Daha 38 yoluxma - Yenə ölənlər var

Aktual

29 Aprel 2023, 16:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 354 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 861 nəfər müalicə olunaraq sağalıb, 10 241 nəfər vəfat edib, aktiv xəstə sayı 252 nəfərdir.

 

Son sutka ərzində 1 186, hazırkı dövrədək isə 7 589 504 test aparılıb.

 

1238962

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?